ABŞ-da “İda” qasırğasının səbəb olduğu müxtəlif hadisələr nəticəsində azı 82 nəfər ölüb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Məlumata görə, qurbanların çoxu Nyu-York ştatında, Nyu-Cersi ştatında, Luizianada, Pensilvaniyada, Konnektikut və Merilend ştatlarında müşahidə edilir.
Ölənlərin çoxu su ilə dolu binaların zirzəmisində yaşayırdı.