ABŞ-ın Luiziana ştatında daha bir nəfər "İda" qasırğasının qurbanı olub.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir. Qeyd edilir ki, o, suda boğulub.
"Luiziananın Səhiyyə Departamenti təəssüf ki, kişinin suda ölümünü təsdiq edir", - departamentin bəyanatında deyilir.
Hazırda həlak olanın şəxsiyyəti müəyyənləşdirilir.
Qeyd edilir ki, ölüm hadisəsi qasırğa ilə əlaqədar baş verib. Beləliklə, “İda” qasırğası qurbanlarının sayı ikiyə çatıb.
"İda" Missisipi ştatı ərazisində tüğyan edir. Daha əvvəl təbii fəlakət zamanı 1 nəfərin öldüyü açıqlanıb. Qasırğa ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurub.