ABŞ-da “İen” qasırğasında ölənlərin sayı 87 nəfərə çatıb

ABŞ-da “İen” qasırğasında ölənlərin sayı 87 nəfərə çatıb ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.
Digər ölkələr
3 Oktyabr , 2022 13:26
ABŞ-da “İen” qasırğasında ölənlərin sayı 87 nəfərə çatıb

ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, Floridada 83 nəfərin və Şimali Karolinada 4 sakinin ölümü təsdiqlənib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, daha əvvəl qasırğa nəticəsində 77 nəfərin öldüyü bildirilirdi. Dördüncü kateqoriyalı "İen" qasırğasının Florida ştatına vurduğu zərərin aradan qaldırılması üçün illər tələb olunduğu bildirilir. Ştatda 630 mindən çox istehlakçı işıqsız qalıb.

Son xəbərlər

Orphus sistemi