İsrailin baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin normallaşmasına dair müqavilənin təntənəli imzalanması üçün sentyabrın 13-də ABŞ-a səfər edəcək.
“Report” İsrail KİV-ə istinadən xəbər verir ki, məlumatı hökumət başçısının dəftərxanası yayıb.
Qeyd edək ki, İsrailin nümayəndə heyəti avqustun 31-də ilk dəfə BƏƏ-yə rəsmi səfər edib. İsrailə məxsus hava şirkətinin təyyarəsi Səudiyyə Ərəbistanının hava məkanından ilk dəfə icazə alaraq BƏƏ-yə uçuş edib.