ABŞ-da Konqresdəki iğtişaşlarla əlaqədar daxili terrorizmlə bağlı azı 25 cinayət işi açılıb.
“Report” xəbər verir ki, bu barədə TASS bu məsələni ölkənin ordu naziri Rayan Makkarti ilə müzakirə edən konqresmen Ceyson Krouya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, iğtişaşlar zamanı həmçinin uzun lüləli odlu silahlar, partlayıcı qurğular, Molotov kokteylləri və plastik qandallar da tapılıb və buna görə də daha böyük fəlakətin qarşısının alındığını söyləmək olar.
Krou iğtşaşlarda hazırda hərbçi olanların və ehtiyatdakı hərbçilərin iştirak etdiyindən narahat olduğunu da bildirib.
Makkartinin sözlərinə görə, Pentaqon Cozef Baydenin andiçmə mərasimindən bir neçə gün əvvəl potensial terrorçulardan gələ biləcək təhdidlərdən xəbərdardır. O, konqresmeni əmin edib ki, ABŞ Müdafiə Nazirliyi təhlükəsizliyə hazırlıq üçün hüquq mühafizə orqanları ilə birlikdə çalışır.