ABŞ-da COVID-19-dan ölənlərin sayı Birləşmiş Ştatıarın İkinci Dünya müharibəsidəki hərbi itkilərinin sayını ötüb.
“Report” xəbər verir ki, bu barədə NBC teleşirkəti bildirib.
Teleşirkətiin hesablamalarına görə, Birləşmiş Ştatlarda COVID-19-dan artıq 292 098 insan ölüb. Veteranların İşləri üzrə Nazirliyin məlumatları göstərir ki, ABŞ İkinci Dünya Müharibəsində 291 557 hərbi qulluqçu itirib.
Daha əvvəl “The New York Times” qəzeti bildirib ki, çərşənbə günü ölkədə COVID-19-dan 3 011 pasiyent ölüb. Əvvəlki pik göstərici 3 dekabrda qeydə alınıb. Həmin gün Birləşmiş Ştatların itkisi 2 879 nəfər təşkil edib. Aprelin 15-də 24 saat ərzində koronavirus qurbanlarının sayı 2 752 nəfər olub.
Federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da təhlükəli virusa 15,58 milyondan çox yoluxma aşkar edilib, 292 091 insan ölüb. Ölkə hər iki göstərici üzrə dünyada birinci yeri tutur.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.