ABŞ-da koronavirusa yoluxanların sayı 10 milyonu keçdi

ABŞ-da koronavirusa yoluxanların sayı 10 milyonu keçdi Son sutka ərzində ABŞ-da 111 433 nəfər yeni növ koronavirusa yoluxub, daha 590 nəfər COVID-19 qurbanı olub
Digər ölkələr
10 Noyabr , 2020 19:02
ABŞ-da koronavirusa yoluxanların sayı 10 milyonu keçdi

Son sutka ərzində ABŞ-da 111 433 nəfər yeni növ koronavirusa yoluxub, daha 590 nəfər COVID-19-un qurbanı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.

Bildirilib ki, son rəqəmlərdən sonra ABŞ-da koronavirusa yoluxanların sayı 10 milyonu keçib. Belə ki, son 24 saat ərzində qeydə alınan rəqəmlərdən sonra ümumi yoluxanların sayı 10 110 552 nəfərə çatıb. 238 mindən çox insan COVID-19 qurbanı olub, 3,9 milyondan çox pasiyent sağalıb.

Qeyd edək ki, dünyada 50,9 milyondan çox insan koronavirusa yoluxub, onlardan bir milyondan çoxu ölüb. 33 milyondan çox insan sağalıb.

Son xəbərlər

Orphus sistemi