ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı

ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı ABŞ-da son sutka ərzində 121 888 nəfərdə yeni növ koronavirus aşkarlanıb
Digər ölkələr
6 Noyabr , 2020 18:06
ABŞ-da koronavirusa yoluxmada rekord qeydə alındı

ABŞ-da son sutka ərzində 121 888 nəfərdə yeni növ koronavirus aşkarlanıb. Bu, pandemiyanın başlanğıcından bəri rekord günlük göstəricidir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları göstərir.

Əvvəlki rekord 102 831 nəfərin yoluxduğu 5 noyabr tarixində qeydə alınmışdı.

Ümumilikdə ABŞ-da təxminən 10 milyon nəfər virusa yoluxub, 6,3 milyon nəfər sağalıb, 241 min insan ölüb.

Dünyada isə pandemiya başlayandan bəri 49 milyon insan virusa yoluxub, 35 milyon insan sağalıb, 1,2 milyondan çox adam ölüb.

Son xəbərlər

Orphus sistemi