ABŞ-da koronavirusa yoluxmaların 93 faizi “Delta” variantının, əsas etibarilə onun B.1.617.2 variantının payına düşür.
“Report” xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin saytında bildirilir.
Belə ki, 18-30 iyul tarixləri arasında ölkə boyu qeydə alınan yoluxmalara dair hesabata görə, Kanzas, Missuri kimi ştatlarda həmin göstərici hətta 98 faiz təşkil edir.
Ötən ayın sonunda qurumun direktoru Roşel Valenski “Delta” variantına yoluxma sayının ay ərzində 50 faizdən çox artdığını açıqlamışdı.