ABŞ-ın qərbində bir həftədir davam edən meşə yanğınları nəticəsində azı 28 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə
Qeyd edilir ki, ölənlərin əksəriyyəti Kaliforniyanın payına düşür. Burada təbii hadisə 19 nəfərin həyatına son qoyub. Onların çoxu son günlər ölüblər.
ABŞ-ın qərb ştatlarında ümumilikdə 100-dən çox yanğın mövcuddur. Onlardan bəziləri öz sahəsinə görə rekord göstəricilərə nail olub. Ən ağır vəziyyət Kaliforniyada, həmçinin Oreqon və Vaşinqtondadır. Yanğınların ümumi ərazisi 1,9 milyondan çox hektar təşkil edir.