ABŞ-ın qərb hissəsini bürüyən meşə yanğınlarının qurbanlarının sayı 23 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, yanğınlar ABŞ-ın qərbindəki 10-dan çox ştatı əhatə edib.
19 ölüm faktı Kaliforniyada, üçü Oreqonda, biri isə Vaşinqton ştatında qeydə alınıb.
Daha əvvəl “Reuters” agentliyi Kaliforniyada 11 nəfərin öldüyünü xəbər vermiş, Oreqon ştatının səlahiyyətliləri isə üç ölüm faktını təsdiqləmişdi.
“Anomal hava şəraiti Kaliforniya, Oreqon, Vaşinqton və digər ştatlarda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyətin yaranmasına gətirib çıxarıb”, - qərargahı Aydaho ştatında olan Milli İdarələrarası Yanğınsöndürmə Mərkəzindən bildirilib.
Oreqon səlahiyyətliləri cümə axşamı yanğınlar səbəbindən 500 mindən çox sakinin təxliyə edildiyini də bildirmişdi.