ABŞ-da Nümayəndələr Palatasının sədri vəzifəsinə seçkilərin III turu keçiriləcək

ABŞ-da Nümayəndələr Palatasının sədri vəzifəsinə seçkilərin III turu keçiriləcək ABŞ Konqresinin Nümayəndələr Palatasında spikerin namizədliyi ilə bağlı səsvermənin üçüncü turu oktyabrın 20-nə təyin edilib.
Digər ölkələr
20 Oktyabr , 2023 05:53
ABŞ-da Nümayəndələr Palatasının sədri vəzifəsinə seçkilərin III turu keçiriləcək

ABŞ Konqresinin Nümayəndələr Palatasında spikerin namizədliyi ilə bağlı səsvermənin üçüncü turu oktyabrın 20-nə təyin edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu, aşağı palatanın iş qrafikində məlum olub.

İclas Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Toplantıda spikerin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi planlaşdırılır.

Respublikaçı namizəd Cim Jordanın (Ohayo ştatı) nümayəndələri də jurnalistlərə qanunvericinin cümə günü vəzifəyə növbəti namizədliyini irəli sürəcəyini təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi