ABŞ-ın Virciniya ştatının polisi İŞİD terror qruplaşmasının potensial təhlükəsi səbəbindən paytaxta yaxın ərazilərdə nəzarəti artırıb.
"Report" xəbər verir ki, bu barədə
Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları Vaşinqton ətrafında yerləşən ticarət mərkəzləri üçün potensial təhlükə barədə xəbərdarlıq alıb.
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsini polisin özü də təsdiqləyib. "Biz bütün dairədə, o cümlədən əsas magistrallarda, tranzit mərkəzlərində və ticarət mərkəzlərində polis əməkdaşlarının sayını artırdıq", - Feyrfaks dairəsinin polis rəisi Kevin Davis deyib.