ABŞ-da polis qarışıqlıqların 50-dən çox iştirakçısını saxlayıb

ABŞ-da polis qarışıqlıqların 50-dən çox iştirakçısını saxlayıb ABŞ-ın Portlend şəhərində asayiş keşikçiləri qarışıqlıqların onlarla iştirakçısını saxlayıb.
Digər ölkələr
7 Sentyabr , 2020 05:42
ABŞ-da polis qarışıqlıqların 50-dən çox iştirakçısını saxlayıb

ABŞ-ın Portlend şəhərində asayiş keşikçiləri qarışıqlıqların onlarla iştirakçısını saxlayıb.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən RİA “Novosti” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, etirazçılar polis əməkdaşlarını daşa basıb, “Molotov” kokteyli atıblar. Polis etirazçıların 50-dən çoxunu saxlayıb. Asayiş keşikçiləri baş verənləri qiyam adlandırıblar və vurğulayıblar ki, etirazçılar "dinc etiraza köklənməyiblər".

Bəzi etirazçılarda xüsusi təchizat vasitələri sipərlər olub. Saxlanlanların ikisindən bıçaq götürülüb.

Qərbdə irqçilik əleyhinə kütləvi etirazlar və bəyanatlar afroamerikalı Corc Floydun ölümündən sonra keçirilir. Corc Floyd mayın 25-də Minneapolisdə polis əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılma zamanı zorakılığa məruz qalıb. Floyd xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib və reanimasiyada ölüb.

Son xəbərlər

Orphus sistemi