ABŞ-da qar fırtınasında ölənlərin sayı 34 nəfərə çatıb - YENİLƏNİB

ABŞ-da qar fırtınasında ölənlərin sayı 34 nəfərə çatıb - YENİLƏNİB ABŞ-ın müxtəlif ştatlarında yağan qar fırtınası nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Digər ölkələr
26 Dekabr , 2022 04:02
ABŞ-da qar fırtınasında ölənlərin sayı 34 nəfərə çatıb - YENİLƏNİB

Həftəsonu ABŞ-ı bürümüş qar fırtınası nəticəsində ölənlərin sayı 34-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qurbanların ən çoxu – 12 nəfər Nyu-York ştatının payına düşür. "Havanın hələ də nə qədər təhlükəli olduğunu qiymətləndirə bilmərəm", - qubernator Keti Hokul deyib. Onun sözlərinə görə, yüzlərlə insan yolda xilas edilib.

Şənbə günü 15 nəfərin öldüyü bildirilib.

Həftəsonu ABŞ-da 5 000-dən çox uçuş ləğv edilib.

02:11

ABŞ-ın müxtəlif ştatlarında yağan qar fırtınası nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə CNN xəbər verib.

Son dörd gün ərzində temperaturun əhəmiyyətli dərəcədə aşağı düşdüyü qar fırtınası ABŞ-ın Meksika ilə sərhədindəki Rio-Qrande kanyonuna qədər gedib. İnsan tələfatı xüsusilə Kanzas, Kolorado, Oklahoma və Nyu-York ştatlarında qeydə alınıb.

Bir həftə ərzində ABŞ-ın böyük hissəsinə güclü qar, külək və şaxta gətirən uzun sürən qış fırtınası azı 26 nəfərin ölümünə və yüz minlərlə insanın işıqsız qalmasına səbəb olub.

Qeyd olunur ki, Ohayo ştatında ştatlararası yolda üç avtomobilin toqquşması nəticəsində dörd nəfər həlak olub. Buffalo ərazisində azı üç nəfər ölüb.

"Bəzi ərazilərdə açıq havada olmaq dəqiqələr ərzində donmaya səbəb ola bilər", - Milli Meteoroloji Xidmət xəbərdarlıq edib. Çölə çıxmağa hazırlaşanlara həddindən artıq soyuğa hazır olmaları və təhlükəsizlik tədbirlərinə əməl etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi