ABŞ-ın şərq sahillərində güclü qar və külək səbəbindən Nyu-Yorkda 1 400-dən çox sərnişin reysi təxirə salınıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Con Kennedi hava limanı 877 reysin - planlaşdırılmış uçuşların ümumi sayının 76%-nin ləğvi barədə məlumat verib. La-Guardia Hava Limanı isə işini tamamilə dayandırıb və 556 uçuşu ləğv edib.
Yerüstü rabitə də pozulub. Belə ki, Amtrak milli dəmir yolu sərnişin korporasiyası pis hava şəraiti səbəbindən Nyu-York, Vaşinqton, Boston və Çikaqo arasında əlaqəni dayandırıb. Şəhərlərarası avtobus şirkətləri də reysləri ləğv ediblər.
Yerli hakimiyyət hər kəsi evdə qalmağa və müvəqqəti olaraq səyahətləri dayandırmağa çağırıb.