ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhəri yaxınlığındakı dağda qar uçqunu baş verib.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində 4 nəfər xizəkçi həlak olub.
Polis İdarəsinin nümayəndəsi Melodi Katlerin sözlərinə görə, təbii hadisə zamanı daha dörd nəfər xilas olunub. Onlar yüngül xəsarətlər alıblar.
Yerli hakimiyyət orqanları əvvəllər bölgədə qar uçqunu təhlükəsi olması barədə xəbərdarlıq ediblər. Yanvarda Solt-Leyk-Siti yaxınlığında iki nəfər oxşar şəraitdə dünyasını dəyişib.