ABŞ-da 3 nəfər ölkənin şərqindəki Şimal Karolina ştatında tüğyan edən qasırğanın qurbanı olub, azı 10 insan zərər çəkib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qasırğa Bransuik dairəsinin sahilboyu şəhərinə daha çox zərər vurub.
Yerli hakimiyyət orqanları regionda çoxlu sayda evin dağılması və su altında qalması barədə bildirib. Bununla yanaşı, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Bransuikin xilasetmə xidmətinin əməkdaşları axtarış-xilasetmə işləri görürlər.
Ölənlərin sayının artımı istisna edilmir.