Demokratların 80 faizdən çoxu Baydenin atdığı addımı təqdir edir

Demokratların 80 faizdən çoxu Baydenin atdığı addımı təqdir edir ABŞ-da seçici-demokratların 80 faizdən çoxu Prezident Co Baydenin seçkiqabağı yarışdan çıxmasını təqdir edir. Onların demək olar ki, yarısı hesab edir ki, bu, Demokratlar Partiyasının seçkidə qalib gəlmək şansını artıracaq.
Digər ölkələr
23 İyul , 2024 14:58
Demokratların 80 faizdən çoxu Baydenin atdığı addımı təqdir edir

ABŞ-da Demokratlar Partiyasının üzvləri arasında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 80 faizindən çoxu Prezident Cozef Baydenin seçkiqabağı yarışdan çıxmasını təqdir edir.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu, “YouGov” tədqiqat şirkəti və “CBS News” telekanalının keçirdiyi sorğudan məlum olub.

Respondentlərin təxminən yarısı hesab edir ki, bu addım Demokratlar Partiyasının seçkidə qalib gəlmək şansını artıracaq.

Sorğuda iştirak edənlərin 83 faizi Baydenin namizədliyini geri götürmək qərarını təqdir etdiklərini bildirib. Respondentlərin 45 faizi hesab edir ki, Baydenin yarışdan geri çəkilməsi keçmiş Prezident Donald Trampı məğlub etmək şansını artıracaq.

Son xəbərlər

Orphus sistemi