ABŞ-da silahlı hücum zamanı 11 nəfər xəsarət alıb

ABŞ-da silahlı hücum zamanı 11 nəfər xəsarət alıb ABŞ-ın Nyu-Meksiko ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları naməlum şəxsin bıçaqla bir qrup şəxsə hücum edərək 11 nəfəri yaraladığını bildiriblər.
Digər ölkələr
14 Fevral , 2022 07:03
ABŞ-da silahlı hücum zamanı 11 nəfər xəsarət alıb

ABŞ-ın Nyu-Meksiko ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları naməlum şəxsin bıçaqla bir qrup şəxsə hücum edərək 11 nəfəri yaraladığını bildiriblər.

“Report” xəbər verir ki, bu barədə polis tviterdə məlumat yayıb.

Hücum Albukerke şəhərində baş verib, hadisəni törədən şəxs tək hərəkət edib. O, BMX markalı velosipedlə səyahət edib. Polis həmin şəxsin şəhərin müxtəlif yerlərində bir neçə hücum hazırladığını istisna etmir.

“Bütün zərərçəkənlərin vəziyyəti sabitdir. Yeganə şübhəli şəxs həbsdədir”, - deyə məlumatda bildirilir.

Yaralılardan dördü xəstəxanaya çatdırılıb. Polis ortaqların olmadığından əmin olmaq üçün bütün gecəni işləyib.

Son xəbərlər

Orphus sistemi