ABŞ-da naməlum şəxs Boyse şəhərində (Aydaho ştatı - Red) yerləşən ticarət mərkəzində atəş açıb.
“Report” xəbər verir ki, müvafiq bəyanatı şəhərin polis idarəsi
Qeyd olunub ki, hadisə nəticəsində biri polis olmaqla 6 nəfər yaralanıb. Polislər faktla bağlı bir nəfəri saxlamağa müvəffəq olublar. Zərərçəkənlər barədə məlumat verilməyib.
Polis idarəsi qeyd edib ki, hazırda hər hansı təhlükə yoxdur və hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinin binasını yoxlayır.