ABŞ Nümayəndələr Palatası ölkənin paytaxtı – Vaşinqtonun (Kolumbiyanın dairəsi) – 51-ci ştat kimi tanınması qanun layihəsinə səs verib.
“Report”un məlumatına görə, bu barədə “CBS News” telekanalı bildirib.
"Bugünkü zəfər həm Kolumbiya dairəsi sakinləri, həm də Kolumbiya dairəsi dövlətçiliyinin səbəbi üçün tarixi idi", - deyə ABŞ-ın Nümayəndələr Palatasının Vaşinqtondan olan üzvü Eleonora Norton səsvermədən sonra bildirib.
Telekanal qeyd edib ki, hərçənd Amerika Konqresinin aşağı palatası müvafiq sənədi qəbul edib, Senatda o çətin ki, təsdiqini alsın. Ötən il Nümayəndələr Palatası belə sənədə səs verib, amma respublikaçıların əksəriyyət təşkil etdiyi Senat onu qəbul etməyib.
Bu dəfə Senatda demokratlar üstündürlər, ancaq bu məsələdə müsbət qərarın qəbulu üçün səslərin kifayət qədər olmayacağı bildirilir.
Əgər Kolumbiya dairəsi ştat statusu alsa, bu ona Konqresin aşağı palatasında səs hüququ ilə iki senator və bir nümayəndə verəcək.