Çinin son vaxtlar sürətlə populyarlaşan "TikTok" sosial şəbəkəsini almaq istəyən 2 şirkətin adı məlum olub.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Wall-street journal" yazıb.
Nəşr bildirir ki, həmin şirkətlər "General Atlantic" və "Sequoia Capital"dır.
Məlumata görə, onlar Microsoft yox "Oracle" şirkətinin himayəsi altında "TikTok"a sahib olmaq istəyirlər.
Qeyd edək ki, "TikTok"un ABŞ şirkətlərinə satışı ilə bağlı danışıqlar ABŞ hökumətinin ona güclü təzyiqi altında aparılır.