ABŞ Dövlət Departamenti çərşənbə axşamı diplomatlarına və onların ailələrinə hərbi çevrilişlə əlaqədar Myanmanı tərk etməyi tapşırıb.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
Amerika xarici siyasət idarəsində güman edirlər ki, Myanmada hərbçilər hakimiyyətinə qarşı fevralda başlanmış etirazlar davam edəcək.
Fevralın 14-də Dövlət Departamenti dövlət qulluqçularına Myanmanı könüllü tərk etməyə icazə verib. Lakin indi bu, məcburidir. Myanmada yalnız işi olduqca zəriri sayılan diplomatlar qala bilərlər.
Dövlət Departamenti həmçinin ABŞ sakinlərinə vətəndaş qarışıqlıqlarının və silahlı zorakılığın kəskinləşməsinə görə Myanmaya səfərlərdən çəkinməyi məsləhət görüb.
Fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.