Çin iqlim böhranının aradan qaldırılmasında fəallıq nümayiş etdirir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Qətərin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə birgə mətbuat konfransında deyib.
"BMT-nin İqlim Dəyişikliyi Konfransından sonra Çin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu, nəinki Çin vətəndaşlarının, eləcə də bütün dünya xalqlarının maraqlarına cavab verir", - dövlət katibi əlavə edib.
Blinkenin sözlərinə görə, ABŞ və Çin arasında münasibətlərdə həm əməkdaşlıq, həm də qarşıdurma elementləri var.
Onun fikrincə, iqlim böhranının aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanması konstruktiv şəkildə həll edilməlidir.