ABŞ dövlət katibi: "Regionda münaqişə genişlənməməlidir"

ABŞ dövlət katibi: "Regionda münaqişə genişlənməməlidir" ABŞ dövlət katibi Antoni Blinken İornadiyada səfərdədir.
Digər ölkələr
7 Yanvar , 2024 16:55
ABŞ dövlət katibi: Regionda münaqişə genişlənməməlidir

Regionda münaqişə daha da genişlənməməlidir.

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken İordaniya Kralı II Abdullah ilə danışıqlarının yekunlarına dair "X"də yazıb.

“Bu gün Əmmanda Əlahəzrət Kral II Abdullah ilə Qəzzada və İordan çayının qərb sahilində mülki əhalinin müdafiəsi səylərini müzakirə etmək üçün görüşdüm. Qəzzada fələstinlilərə humanitar yardım göstərdiyinə görə ona təşəkkür etdim”,- A.Blinken bildirib.

Qeyd edək ki, dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərq ölkələrinə səfərə çıxıb.

O, turne çərçivəsində bundan əvvəl Türkiyə və Yunanıstana səfər edib. A.Blinken İordaniyadan sonra isə Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edərək danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi