ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin-Farxan əl-Səud arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Danışıq zamanı kralığın müdafiə sahəsindəki vəziyyəti müzakirə olunub. Məlumata görə, tərəflər Yəməndəki münaqişənin siyasi yolla tənzimlənməsinin mümkünlüyü ilə bağlı fikir mübadiləsi aparıblar.
“Dövlət katibi Entoni Blinken husilərin Səudiyyə Ərəbistanındakı Abe Beynəlxalq Hava Limanına hücumunu və mülki təyyarəyə zərər verən hadisəni pisləyib. Dövlət katibi və XİN başçısı krallığın hücumlara qarşı müdafiəsinin birgə güclənməsini də müzakirə ediblər”, - Dövlət Departamentindən bildirilib.