ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici siyasət qurumlarının rəhbərləri hazırda gələn ay üçtərəfli görüşün keçirilməsi imkanlarını nəzərdən keçirir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Agentliyin diplomatik mənbələrinin məlumatına görə, bu danışıqların əsas mövzuları Çin və Şimali Koreya olmalıdır. Danışıqların ABŞ-da baş tutacağı və yeni ABŞ prezidenti Cozef Baydenin vəzifəsinin icrasına başlamasından bu yana ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici siyasət qurumlarının rəhbərləri arasındakı ilk üçtərəfli görüş olacağı qeyd edilir.