ABŞ növbəti maliyyə ilində döyüş sursatlarının alınmasına 30,6 milyard dollar xərcləmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks Pentaqonda keçirilən brifinqdə bildirib.
“2024-cü maliyyə ilində 30,6 milyard dollar dəyərində sursat alacağıq ki, bu da 2023-cü maliyyə ilindən təqribən 12% çoxdur”, - o deyib.