ABŞ Ədliyyə Nazirliyi daxili terrorizmlə mübarizə bölməsi yaradır

ABŞ Ədliyyə Nazirliyi daxili terrorizmlə mübarizə bölməsi yaradır ABŞ administrasiyası Ədliyyə Nazirliyi tabeliyində daxili terrorizmlə mübarizə üçün yeni bölmə yaradır.
Digər ölkələr
11 Yanvar , 2022 21:50
ABŞ Ədliyyə Nazirliyi daxili terrorizmlə mübarizə bölməsi yaradır

ABŞ administrasiyası Ədliyyə Nazirliyi tabeliyində daxili terrorizmlə mübarizə üçün yeni bölmə yaradır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin milli təhlükəsizlik üzrə köməkçisi Metyu Olsen Senatda keçirilən dinləmələr zamanı deyib.

“Biz sosial və ya siyasi məqsədlərə nail olmaq üçün zorakı cinayət əməlləri törətməyə meylli şəxslər tərəfindən artan təhlükə ilə üzləşirik. Bu işlərə düzgün baxılmasını təmin etmək üçün prokurorlar qrupu daxili terror təhlükəsinə diqqət yetirəcək", - M.Olsen bildirib.

2021-ci ilin iyun ayında ABŞ administrasiyası daxili terrorizmlə mübarizə üzrə milli strategiyanı açıqlayıb. Bu sənəd daxili terrorizmin ABŞ üçün ən böyük təhlükə olduğunu iddia edir. Həmçinin daxili terrorizmlə bağlı bürolar tərəfindən açılan işlərin sayı 2020-ci ilin yazından bu yana iki dəfədən çox artıb.

Son xəbərlər

Orphus sistemi