ABŞ administrasiyası Fələstinə 40 milyon dollar məbləğində yeni qrant ayırıb.
“Report” xəbər verir ki, məlumatı “Maan” agentliyi yayıb.
Bu maliyyə vəsaiti Fələstin administrasiyasının hüquq-mühafizə orqanları və hüquq sistemi üçün nəzərdə tutulub.
Məlumata görə, son üç həftə ərzində Ağ Ev Fələstin hökumətinə üç dəfə 10 milyon ABŞ dolları köçürüb. Bu isə ABŞ-ın keçmiş prezidenti Donald Trampın Fələstin üzrə siyasətinin kökündən dəyişməsidir. Onda Donald Tramp Fələstinə yardımları dayandırmışdı.