Diplomat Daniel Fut ABŞ-ın Haiti üzrə xüsusi nümayəndəsi təyin edilib. O, ölkədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə köməklik göstərəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays məlumat verib.
Futun öhdəliklərinə "uzunmüddətli sülh və sabitliyin təmin edilməsində, həmçinin azad və ədalətli prezident seçkilərində və qanunverici orqanlara seçkilərdə haitili və beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyət” daxildir.