ABŞ prezidenti Cozef Bayden KİV-in xəbərlərinin əksinə olaraq Birləşmiş Ştatların qoşunlarının Əfqanıstandan çıxarılmasının müddətləri haqqında hələ qəti qərar qəbul etməyib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nyu-Dehlidə mətbuat konfransının gedişatında ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
"Mənə mövcud spekulyasiyalar haqqında məlumdur ki, prezident guya oradakı qoşunları noyabra qədər çıxarmaq barədə qərar qəbul edib. Müzakirələrə kifayət qədər ciddi cəlb edilmiş şəxs kimi mənə məlumdur ki, prezident bu barədə qərar qəbul etməyib və o bu barədə heç bir bəyanat verməyib ki, o qoşunları nə vaxt çıxarmağa qərar verəcək.
Hələ heç bir qərar qəbul edilməyib. Qoşunların orda mövcudluğu və ya qoşun sayının müddəti haqqında heç bir qərar qəbul edilməyib", - Ostin bildirib.
Daha əvvəl NBC telekanalı məlumatlı mənbələrə istinadən bildirib ki, Bayden Amerika qoşunlarının Əfqanıstandan çıxarılması qrafikinin müxtəlif variantlarını araşdırır.
Mənbənin sözlərinə görə, Pentaqon Baydenə bir neçə variant təklif edib: - qoşunları 1 maya qədər çıxarmaq, onları qeyri-müəyyən və ya məhdudlaşdırılmış müddətə saxlamaq. Bayden bu yaxınlarda ABC telekanalına müsahibəsində bildirib ki, ABŞ hələ 1 maya Əfqanıstandan qoşunları çıxara bilər, amma bu məsələdə qəti qərar hələ qəbul edilməyib.