ABŞ Prezidenti Administrasiyası və özəl təşkilatlar təxliyə olunmuş hər bir əfqana köçürülmə zamanı 2 275 dollar maddi yardım etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Onun məlumatına görə, qarşıdakı aylarda başlayacaq maddi dəstək proqramı əfqanların mənzil tapmasına, ərzaq almasına və uşaqlarının məktəbə qoyulmasına istiqamətlənəcək.
Bundan əlavə, Dövlət Departamenti ABŞ Konqresi ilə qaçqınlara tibbi sığorta da daxil olmaqla, müavinətlərin tətbiqi ilə bağlı məsləhətləşmələr aparır.
ABŞ administrasiyasının bildirdiyinə görə, iyulun sonlarından bəri Əfqanıstandan təxminən 123 min insan təxliyə edilib və onlardan təqribən 6 mini ABŞ vətəndaşıdır.