Pentaqonun nümayəndəsi Con Kirbi bildirib ki, ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin Milli Qvardiya dəstələrinin Kapitoli ərazisində qalma müddətinin daha iki ay artırılmasına icazə verib.
“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi bildirib.
Onun sözlərinə görə, Milli Qvardiya qüvvələri 23 may 2021-ci ilə qədər paytaxtda qalacaq.
Bununla bağlı müvafiq sorğu Kapitoli polisinə göndərilib.
Daha əvvəl məlum olub ki, Kapitolisi polisi mümkün sövdələşmə haqqında məlumatlara görə təhlükəsizlik tədbirlərini gücləndirib.
Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın o zamankı prezidenti Donald Trampın tərəfdarları Konqresin binasına hücum edərək ötən seçkilərin nəticələrini təsdiq etməli olan iclası yarımçıq kəsiblər. Hadisə nəticəsində beş nəfər həlak olub.
Vaşinqtonun meri Myuriel Bauzer komendant saatının tətbiq olunması barədə göstəriş verib. Son məlumatlara görə, 55 nəfərə qarşı ittihamlar irəli sürülüb. Bundan sonra şəhərə Milli Qvardiya dəstələri gətirilib.