Prezidentlər ABŞ-Meksika münasibətlərini müzakirə etdi

Prezidentlər ABŞ-Meksika münasibətlərini müzakirə etdi Meksika və ABŞ prezidentləri Andres Manuel Lopez Obrador ilə Cozef Bayden arasında ilk danışıqlar aparılıb.
Digər ölkələr
23 Yanvar , 2021 12:14
Prezidentlər ABŞ-Meksika münasibətlərini müzakirə etdi

Meksika və ABŞ prezidentləri Andres Manuel Lopez Obrador ilə Cozef Bayden arasında ilk danışıqlar aparılıb.

“Report” xəbər verir ki, danışıqlara dair Meksika dövlət başçısı tvitter səhifəsində məlumat paylaşıb:

“Biz Prezident Baydenlə söhbət etdik, o, mehriban və nəzakətli idi. Miqrasiya, COVID-19, inkişaf və rifah naminə əməkdaşlıq məsələlərini müzakirə etdik. Hər şey aramızdakı əlaqələrin xalqlarımız və ölkələrimizin xeyrinə olacağını göstərir".

Xatırladaq ki, ABŞ-ın əvvəlki Prezidenti Donald Tramp Maksika sərhədində qanunsuz miqrantlara qarşı sərt tədbirlər görmüş, hətta mühafizə divar tikdirməyə başlamışdı. Yeni seçilən Prezident Cozef Bayden iş başına gəldikdə ilk addımlarından biri Meksika sərhədindəki məhdudiyyətləri aradan qaldırmaq oldu.

Son xəbərlər

Orphus sistemi