ABŞ desantları Estoniyada keçirilən “Swift Response” təlimlərində uğursuz enmə nəticəsində xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “Postimees” nəşri bildirib.
KİV-in məlumatına görə, Nurmsi Yarvask aerodromuna Birləşmiş Ştatlar ordusunun 82-ci hava-desant diviziyasının 600 paraşütçüsü atılıb. Onlardan 10-u uğursuz enmə nəticəsində xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
ABŞ-ın Tallindəki səfirliyinin mətbuat attaşesi Mark Neylor hadisəni təsdiqləyib. O, əlavə edib ki, bu, hava əməliyyatlarının adi hissəsidir. Mark Neylorun sözlərinə görə, xəsarətlərdən heç biri həyat üçün təhlükəli deyil.
“Swift Response” manevrlərinin aktiv hissəsi mayın 5-də yaylım atəşi sistemlərinin atışlarından sonra başlanıb.