ABŞ-ın İraqdakı səfirliyi raket atəşinə tutulub.
"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, diplomatik missiyanın binasına iki mərmi atılıb. Hər iki raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd edilir.
ABŞ səfirliyi Bağdadın mərkəzində güclü mühafizə olunan "yaşıl zona"da yerləşir.