Avstraliya ABŞ-ın ən yaxın və etibarlı müttəfiqidir.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Avstraliyanın Baş naziri Skott Morrisonla görüşündə deyib.
"ABŞ-ın Avstraliyadan daha yaxın və etibarlı müttəfiqi yoxdur. Ölkələrimiz uzun müddət çiyin-çiyinə dayanıb və bir-birimizə güvənə bilərik", - Bayden qeyd edib.
ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton və Kanberranın bir çox ümumi mövzu və planları var.