ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri Çinə səfər edəcək.
“Report”un məlumatına görə, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi bildirib.
Məlumata görə, səfərin sentyabrda reallaşacağı gözlənilir.
Agentlik qeyd edib ki, səfərin əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə sahəsində Vaşinqton və Pekin arasında əməkdaşlığın dərinləşməsinə yönəldilmiş səylərin davam etdirilməsidir. Bundan əvvəl ABŞ rəsmiləri də bildiriblər ki, iqlim dəyişikliyinə qarşı mübarizədə Çinlə əməkdaşlığın davam etdirilməsində maraqlıdırlar.