ABŞ-ın İraqın qərbindəki Ənbar əyalətindəki hərbi bazası pilotsuz uçuş aparatları və raketlərin hücumuna məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Təhlükəsizlik xidmətlərindəki iki mənbənin məlumatına görə, ABŞ və digər beynəlxalq qüvvələrin yerləşdiyi Ayn əl-Əsəd aviabazasına hücum edilib.
“Shafaq News” xəbər agentliyinin məlumatına görə, hücum “Qrad” reaktiv yaylım atəşi sistemi vasitəsilə həyata keçirilib. Ötən gün İraqdakı şiə qruplaşması ABŞ-ın Suriyadakı Ət-Tanf bazasına hücum edib. Bundan əlavə, eyni qrup Suriyanın Deyr əz-Zor şəhərinin şimal-şərqindəki Koniko qaz yatağında ABŞ bazasına raket hücumu həyata keçirib.
Oktyabrın 18-də ABŞ hərbçiləri İraqın şimal-qərbindəki aerodromda onların bölmələrinə və koalisiya qüvvələrinə hücum edən iki pilotsuz uçuş aparatını vurub.