ABŞ bu ilin 31 dekabrına qədər İraqda hərbi əməliyyatlarda iştirakını başa çatdıracaq, hərçənd İraqın təhlükəsizlik qüvvələrini dəstəyini davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə iki ölkə rəsmilərinin yaydığı birgə bəyanatda bildirilir.
"Nümayəndə heyətləri son texniki danışıqlardan sonra təhlükəsizlik əlaqələrinin tamamilə təlim, məsləhətləşmə, yardım və kəşfiyyat mübadiləsinə keçəcəyinə və ABŞ-ın heç bir hərbi qüvvəsinin 31 dekabr 2021-ci il tarixinədək hərbi rol oynamayacağına qərar verdi", - deyə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenlə İraqın xarici işlər naziri Fuad Hüseyn arasında aparılan danışıqların nəticəsinə dair açıqlamada bildirilir.
Qeyd edilir ki, ABŞ İraqın təhlükəsizlik qüvvələrini dəstəyini davam etdirmək niyyətindədir.