ABŞ-ın Ərbil şəhərindəki konsulluğunun binasına pilotsuz uçuş aparatı ilə hücum nəticəsində İsrailin “Mossad” kəşfiyyat qurumunun əməkdaşı da daxil olmaqla 4 nəfər yaralanıb.
“Report” “İsraelinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilə də ziyan dəyib.
İraqın Baş naziri Mustafa əl-Xədimi günahkarların tapılması istiqamətində ölkənin şimalındakı muxtar qurumun rəhbərliyi ilə əməkdaşlıq edəcəklərini bildirib.
Məlumata əsasən, yaralılar dinc sakinlərdir.