Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ Prezidenti Cozef Bayden administrasiyasının Kubada Quantnamo bazasındakı xüsusi həbsxananı bağlamaq planını təsdiq edib.
Bu barədə “Report”
Qeyd edilir ki, bununla belə məsələ müxtəlif strukturlar tərəfindən müzakirə olunmaqda davam edir.
"Bu bizim müəyyən hədəfimiz və niyyətimizdir. Biz əvvəlki kimi məsələnin öyrənilməsi prosesindəyik ki, müvafiq orqanlar bunu qarşılıqlı təsiri çərçivəsində necə işləməlidir. Bu addımların müzakirəsində bir çox strukturlar iştirak edir", - o deyib.
Ağ Ev rəsmisi qeyd edib ki, məsələnin müxtəlif qurumlar tərəfindən müzakirəsi hələ davam edir.
Daha əvvəl bildirilib ki, Bayden administrasiyası Amerikanın Kuba körfəzindəki hərbi dəniz bazasında Quantnamo həbsxanasını bağlamaq məqsədi ilə yoxlamaya başlayıb.
Qeyd edək ki, Quantnamo həbsxanası 2002-ci ilin yanvarında ABŞ-ın o vaxtkı prezidenti Corc Buş (kiçik) administrasiyasının terrorçuluğa qarşı proqramı çərçivəsində xüsusi təhlükəli cinayətkarların saxlanılması məqsədilə yaradılıb. Birləşmiş Ştatların 44-cü prezidenti Barak Obama son nəticədə müəssisənin bağlanması haqqında fərman imzalayıb, ancaq bu qərar onun xələfi Donald Tramp tərəfindən ləğv olunub.