ABŞ-ın gələcək prezidenti Co Bayden bildirib ki, koronavirus vaksini təhlükəsiz elan ediləndə və əlçatan olduqda ictimaiyyət qarşısında peyvənd olunmağa hazırdır.
Bu barədə “Report” "RİA Novosti”yə istinadən xəbər verir.
"Mən bunu etməyə şad olacağam", - Bayden deyib.
O, vurğulayıb ki, ABŞ-ın əsas infeksionisti Entoni Fauçi müvafiq göstərişi verdikdə peyvənd ediləcək.
Daha əvvəl ABŞ-ın sabiq dövlət başçısı Barak Obama da bildirib ki, ictimaiyyət qarşısında koronavirus əleyhinə peyvənd olunmağa hazırdır. Keçmiş prezident ümid edir ki, bununla amerikalılara və bütün dünyaya vaksinləmələr haqqında şübhələrin öhdəsindən gəlməyə kömək edəcək. Eyni zamanda eks prezident Corc Buş da ictimaiyyət qarşısında peyvənd olunmaq istəyini dilə gətirib.