ABŞ və Qərb koalisiyasının Suriyanın Ət-Tanf qəsəbəsi yaxınlığında yerləşən hərbi bazasına hücum edilib.
“Report” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, Suriyanın Homs əyalətində, İraqla sərhədə yaxın ərazidə yerləşən Əl-Tanfdakı koalisiya bazasına yaxın əraziyə bir neçə zərbə endirilib.
Suriya televiziyası xəbəb verir ki, bazanın içərisində bir neçə partlayış səsi eşidilib.