ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Avropa ölkələrindən birində İsrail, Misir və Qətər rəsmiləri ilə girovların sərbəst buraxılmasını müzakirə edəcək.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, Uilyam Berns Mossad-ın başçısı Devid Barniya, Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd ben Abdulrəhman əl-Tani, Misirin kəşfiyyat qurumunun başçısı Abbas Kamal girovlar məsələsini tezliklə müzakirə edəcək.
İsrailin “12-ci kanalı”nın informasiyasına əsasən, görüşdə İsrail ŞABAK-ın başçısı Ronen Barrın da iştirakı gözlənilir.
Məlumata görə, 2023-cü ilin oktyabrında HƏMAS İsrailə hücumu zamanı 240-dan çox insanı girov götürərək Qəzza zolağına aparıb. Onların arasında yaşlı və uşaq da var.
Ötən ilin noyabrında İsraillə HƏMAS arasında əldə edilən atəşkəs razılığı nəticəsində 100-dən çox girov sərbəst buraxılmışdı.