ABŞ Konqresi Polşaya 250 ədəd "Abrams" tankının satılmasına razılıq verib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak tviterdəki paylaşımında yazıb.
O bildirib ki, Konqresin təsdiqi satınalma haqqında müqavilənin imzalanmasından əvvəl sonuncu mərhələdir: “Bu, silah alışı ilə bağlı son illərin ən vacib müqaviləsidir”.
Söhbət “Abrams” tanklarının ən yeni “M1A2 SEPv3” versiyasından gedir. Müdafiə Nazirliyi bu tankları ölkənin şərq sərhəddində yerləşdirməyi planlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, daha əvvəl bir qrup ABŞ senatoru Polşaya 6 milyard ABŞ dolları dəyərində “Abrams” tanklarının tədarükünün sürətləndirilməsi ilə bağlı Prezident Cozef Baydenə müraciət edib.