ABŞ konqresmenləri 2022-ci maliyyə ilində Ukraynaya 13,6 milyard dollar yardım ayırmaq barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatda çoxluğun lideri Çak Şumerin birgə bəyanatında deyilir.
Müqaviləyə, həmçinin ABŞ infrastrukturunun Rusiya və digər müdaxilələrdən, kiberhücumlardan qorumaq üçün vəsaitin ayrılması da daxildir.
Bundan əlavə, koronavirus pandemiyası ilə mübarizə üçün 15,6 milyard dollar ayrılacaq.