ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvləri ölkədəki neft emalı zavodlarını Rusiyadan neft idxalını dayandırmağa çağırıblar.
“Report” Böyük Britaniyanın “Financial Times” nəşrinə istinadən xəbər verir ki, onlar bu barədə neft alışının qadağan olunmasını dəstəkləyən ABŞ-ın Yanacaq və Neft-Kimya İstehsalı Ticarəti Assosiasiyasına məktub göndəriblər.
Məktubda bildirilib ki, 2021-ci ildə assosiasiya Rusiyadan 72 milyon barrel xam neft, habelə 100 miyon barreldən artıq Rusiya istehsalı olan neft məhsulları idxal edib: “İndi Rusiyadan alınan istənilən barrel Ukraynada müharibəni maliyyələşdirmək deməkdir”.